“Haqq mənəm” tamaşası oynanılacaq
05 fevral 2020 11:42 (UTC +04:00)

“Haqq mənəm” tamaşası oynanılacaq

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 18-də saat 19:00-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan tamaşanı - ikihissəli tarixi elegiyanı təqdim edəcək.

Lent.az bildirir ki, tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Natiq Həziyev (Nəsimi), Əməkdar artist Rəşid Rzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edəcəklər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.

Tamaşaya biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kassasından və iTicket.az saytından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561

Oxşar yazılar